Li Baoronqun başçılıq etdiyi nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

Li Baoronqun başçılıq etdiyi nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurasının Baş katibinin müavini, ÇXR-in Dövlət Şurası yanında Dövlət Orqanları üzrə İdarənin rəhbəri Li Baoronqun başçılıq etdiyi nümayəndə heyəti iyunun 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə