Yaxud, ortada Əli Kərimli faktoru da var
Müsavat partiyasında uzun müddətdir bir-birlərinə can deyib, can eşidən İsa Qəmbərlə Arif Hacılının arasında soyuq küləklər əsməyə başlayıb. Belə ki, partiya daxilindən sızan məlumata görə, A.Hacılı məhz İ.Qəmbərin dəstəyi sayəsində saxta yollarla başqan olandan sonra, onun AXCP sədri Əli Kərimli ilə görüşməyə can atması eks-başqanın xoşuna getməyb. Xüsusilə, “Milli Şura”nın son uğursuz mitinqlərinə müsavatçıların dəstək göstərməsi İ.Qəmbəri qıcıqlandırıb. O cümlədən, Müsavatda Hacılıya yaxınlığı ilə seçilən mənbələr də etiraf edirlər ki, A.Hacılının partiyanı yenidən "Milli Şura"ya üzv etdirmək istəyi var, sadəcə, ona bu planların reallaşmasında İ.Qəmbər faktoru mane olur. Görünür, hazırkı başqan üçün İ.Qəmbəri tapdalayıb keçmək o qədər də asan iş deyil. Çünki A.Hacılının başqan seçilməsi üçün saxtakarlıq planları üzərində işləmiş İ.Qəmbər nəticədə onu başqan ediv və eyni zamanda Müsavatı sədri olduğu MSDM adlı qurumu ilə birgə öz təsiri altında saxlamağa nail olub. Lakin onu da deyək ki, sabiq başqan mövcud başqanın ona xəyanət edə biləcəyinə inanmırdı. Sadəcə, bu amildə yanlış etdiyini anlamağa başlayan İ.Qəmbərin növbəti qurultayda yenidən başqanlıq postuna sahib olacağını istisna etmək olmaz.
Gedənlər də Hacılının Kərimli ilə yaxınlaşmasına etiraz edənlər olublar
Digər tərəfdən, xatırlamaq olar ki, İ.Qəmbərin başqanlıq postunu A.Hacılıya təhfil verməsindən sonra bu partiyada uzun illər fəaliyyət göstərmiş tanınmış müsavatçıların əksəriyyəti orada yoxdurlar. Misal üçün, hələ 2014-cü ildə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyanı tərk etməsi və Hacılıya qarşı ən sərt düşünncələrini bölüşməsini xatırlaya bilərik. Çünki ömrünün böyük hissəsini Müsavata həsr edən R.Arifoğlu A.Hacılının müsavatdaxili "islahatlar"ından sonra etiraz əlaməti olaraq partiya sıralarından istefaya getmişdi. Bundan sonra isə A.Hacılı və tərəfdarları R.Arifoğlunu xəyanətdə və s. bənzər hallarda suçlayırdılar. Halbuki, ortada AXCP sədri Ə.Kərimli ilə yaxınlaşma marağı var idi və gedənlər də Hacılının Kərimli ilə yaxınlaşmasına etiraz edənlər olublar. Təbii ki, başqanlıq seçkilərindəki saxtakarlıqları da buraya əlavə etmək mümkündür. Beləliklə, İ.Qəmbərin vaxtilə böyük ümid bəslədiyi A.Hacılıya olan inamını, etibarını itirməyə başlayıb. Son zamanlar maşehidə edilən Arif Hacılı-Əli Kərimli yaxınlaşması isə yəqin ki, bu ümidlərə birdəfəlik nöqtə qoyacaq. Hər halda vəziyyət bu istiqamətə doğru gedir…
R.RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB