Həcc ziyarətinə gedənlərin bir qrupu bu gün Vətənə yola düşəcək

Həcc ziyarətinə gedənlərin bir qrupu bu gün Vətənə yola düşəcək
Həcc ziyarətinə avtobusla getmiş azərbaycanlı zəvvarların ilk qrupu Məkkədən Vətənə doğru bu gün axşam yola düşəcəklər. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova söyləyib. Ikinci avtobus karvanının sabah yola düşəcəyini deyən mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, həcc ziyarətinə təyyarə ilə yola düşənlər noyabrın 25-dək geri dönəcəklər.

Qeyd edək ki, təyyarələr 22, 23, 24 və 25 noyabrda Bakıya uçacaqlar.

Xatırladaq ki, ölkəmizdən Həcc ziyarətinə ümumilikdə 46 avtobus, 4 təyyarə reysi yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə