Lənkəranda 1105 yeni iş yeri açılıb

Lənkəranda 1105 yeni iş yeri açılıb

Lənkəranda cari ilin ötən 10 ayı ərzində 1105 yeni iş yeri açılıb. Bu barədə SİA-nın cənub bürosuna şəhər İcra Hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov məlumat verib.

Onun sözlərinə görə, son illər rayonun sənaye potensialı xeyli güclənib. Bu da Lənkəranda yeni iş yerlərinin açılmasına təkan verib. Belə ki, 2010-cu ildə Lənkəranda yeni iş yerlərinin yaradılması 4 sənaye obyektinin- Meyvə-tərəvəz konserv zavodunun, Çay fabrikinin, "Paldad" dondurma müəssisəsinin və Hazır Məhsulları Saxlanma Kamerasının istifadəyə verilməsi sayəsində mümkün olub. Əlavə edək ki, yaradılan iş yerlərinin 781-i daimi iş yerləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə