Bakıda Beynəlxalq Gənclər mübadilə və anlaşma şəbəkəsinin Ümumi Assembleyasının görüşü olub

Bakıda Beynəlxalq Gənclər mübadilə və anlaşma şəbəkəsinin Ümumi Assembleyasının görüşü olub

12-14 noyabr tarixləri arasında Bakıda Beynəlxalq Gənclər mübadilə və anlaşma şəbəkəsinin Ümumi Assembleyasının növbəti görüşü keçirilib. Bu görüş "İRƏLİ" İctimai Birliyinin və "Gələcəyə Körpü Gənclər" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.

Birlikdən SİA-ya verilən məlumata görə, bu görüşdə 31 deleqasiya və 19 müxtəlif ölkənin nümayəndələri iştirak edib. Onların içərisində Avropa və Afrikadan da nümayəndələr vardır. Görüşün əsas məqsədi Beynəlxalq şəbəkəyə yeni ölkələri və təşkilatları cəlb etməklə yanaşı, həmçinin şəbəkənin növbəti 2011-2013-cü illər üçün strateji planının hazırlanmasıdır. Eyni zamanda sözü gedən şəbəkəyə idarə heyətinin seçimi keçirilib.

Qeyd etmək istərdik ki, "İRƏLİ" İctimai Birliyi artıq Beynəlxalq Gənclər mübadilə və anlaşma şəbəkəsinin üzvü seçilib. Qısaca olaraq Beynəlxalq Gənclər mübadilə və anlaşma şəbəkəsi Avropanın ən böyük beynəlxalq qeyri-hökümət təşkilatlarından biridir və həmçinin Avropa Gənclər Forumunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə