ATƏT-in Mətbuat Azadlığı təmsilçisi: “Adnan Hacızadənin həbsdən azad olunması alqışlanmalıdır”
ATƏT-in Mətbuat Azadlığı təmsilçisi Dunya Miyatoviç Azərbaycanlı blogger Adnan Hacızadənin həbsdən azad olunmasını müsbət qarşılayıb. SİA-nın məlumatına görə, Dunya Miyatoviç bildirib ki, Bakı Apellyasiya Məhkəməsi bloggerin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayəti təmin etməsi alqışlanmalıdır: " Mən çox şadam ki, nəhayət Adnan Hacızadə azad edilib. Bu mənim təmsil etdiyim ofisin, bir çox beynəlxalq təşkilatların eyni zamanda dünyada bəzi qeyri-hökumət təşkilatların istəyi idi. Həmçinin bu problem barədə mən Azərbaycanlı məmurlarla da danışıqlar aparmışdım və hadisəni yenidən gündəmə qaldırmışdım. Mən ümid edirəm ki, Adnan Hacızadə ona qarşı irəli sürülən bütün ittihamlardan azad olunacaq".
O, qeyd edib ki, Azərbaycan könüllü surətdə üzərinə götürdüyü öhdəliklərdə göstərilən insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətlə yanaşır.
Eyni zamanda ATƏT-in Mətbuat Azadlığı təmsilçisi Emin Millinin də azadlığa buraxılması ilə bağlı Azərbaycan hökümətinə müraciət etdiyini bildirib: "Mən həmçinin jurnalistlərin böhtan cinayətinə görə cəzalananlar qismindən çıxarmaq üçün Azərbaycan hakimiyyət orqanlarına müraciət edirəm. Jurnalistlər yazılarında fərq etməz necə fitnəkar, satirik və ya həssas ifadə edilən təsvirləri yaratmaqlarına baxmayaraq həbs edilməməlidir. Onların sənətləri həbsi qorxusuz edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB