“Baş nazir təyin olunmağım münasibətilə mənə ünvanlanan təbriklərinizə, xoş söz və arzularınıza görə hər birinizə minnətdarlığımı bildirirəm”. SİA-nın verdiyi məlumata görə, bu barədə yazını Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov özünün “facebook” səhifəsində paylaşıb.
“Möhtərəm Prezidentimizin yüksək etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəmlə çalışacağam. Fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hamınızı təbrik edirəm!”, - deyə, N.Məmmədov fikirlərini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB