"Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı qeyd edilir. Bu layihənin icra edilməsinə 40 milyard dollar vəsait qoyulub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın təsdiq təsdiq edilmiş qaz resursları 2,6 trilyon kubmetrdir: "Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihələri icra edərkən güclü rejional əməkdaşqlıq formatı yaradıb. Regional layihələrin icra edilməsində bu üç ölkənin əməkdaşlıq formatı böyük yer tutur. Mən bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib".
"Bakı-Tbilisi-Ceyhan və digər layihələrin həyata keçirilməsində biz bu dəstəyi görmüşük. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Bu gün də biz bu dəstəyi görürük. Keçən il Böyük Britaniya baş naziri ilə müqavilə imzalanıb",- deyə Prezident İlham Əliyev qeyd edib.
Avropa İttifaqının Cənub Qaz Dəhlizinə dəstəyindən danışan Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı daim enerji layihələrinə dəstək verib: "2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilib və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edib. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtı-vaxtında qaytarmışıq və qaytaracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB