Prezident: "Azərbaycan dünyaya özünü həm neft, həm də qaz ölkəsi kimi təqdim edib"
"Növbəti böyük layihə "Şahdəniz" layihəsidir ki, bununla Azərbaycan dünyaya özünü tək neft yox, həm də qaz ölkəsi kimi təqdim etdi". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı söyləyib ki, o zaman dünyada enerji təhlükəsizliyində qaz böyük rol oynamırdı: "Çünki mənfəət neft yataqları ilə müqayisədə aşağı idi. Ona görə də bu layihəyə investorları cəlb etmək asan deyildi. Bu gün Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən görürük ki, bu, vaxtında atılmış müdrik addım idi. Şahdəniz Cənub Qaz Dəhlizinin əsas elementidir".
Prezident İlham Əliyev qeyd edib ki, 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verilib: "Bu kəmərin istifadəyə verilməsi ilə ilk dəfə kəmərlə Xəzər dənizini Qara dənizlə bağlamışıq. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bu kəmərlə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin Xəzərin şərqində çıxarılan nefti də nəql edilir. Bu kəmər tranzit kəmər kimi qonşu ölkələrə də xidmət edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və Azərbaycan qazı Türkiyəyə, Gürcüstana nəql edilməyə başlanıb. Mən o günləri, tarixi anları yaxşı xatırlayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB