İsrail Livan sərhəddindən tək tərəfli geri çəkilmə planını təsdiqləyib

İsrail Livan sərhəddindən tək tərəfli geri çəkilmə planını təsdiqləyib

İsrail hökümətinin Təhlükəsizlik Kabineti Livan sərhəddində Gajar kəndinin şimalından tək tərəfli geri çəkilmə planını təsdiqləyib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, plana əsasən, İsrail ordusu kəndin şimal bölgəsindən tamamilə geri çəkilərək buranı Birləşmiş Millətlər Təşkilatının sülh məramlı qüvvələrinə təslim edəcək.

İsrail ordusu kəndin cənub hissəsində yerləşəcək. Sülhməramlı qüvvələr kəndin İsrail və Livan arasındakı sərhəddin şimal hissəsində qalaraq burada terror aktlarının qarşısını almağa çalışacaq. Bölünməyə etiraz edən kənd sakinləri planın tətbiqinə icazə verməyəcəklərini deyiblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə