Nazir: "50-dən çox Fransa şirkəti Azərbaycanda fəaliyyət göstərir"
"Biz ölkələrimiz arasında iqtisadi, enerji və sosial məsələləri müzakirə etdik. Ümümiyyətlə bu, 1997-ci ildən bəri Fransanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Fransanın Azərbaycan Demokratik Respublikası tarixində çox böyük rolu olub".
SİA-nın verdiyi məlumata görə, bunu Bakıda fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, bildirib ki, bu gün də Fransa və Azərbaycan arasında ADR dövründə olduğu kimi, təhsil sahəsində xüsusi əməkdaşlıq var. Hazırda 50-dən çox Fransa şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Nazir görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğunu bildirib: "Dağlıq Qarabağ münaqişəsi mövzusunu da ikitərəfli və çoxtərəfli formatda müzakirə etdik. Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə həllinə öz tövhəsini verməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB