XİN rəhbəri: "Münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik"

XİN rəhbəri: "Münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib: "Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə