Dmitri Medvedev: “Xəzərin problemlərini yalnız region ölkələri həll etməlidir” - MÖVQE
"Xəzərin problemlərinin həlli istiqamətində əməkdaşlığı zəiflətsək, bu məsələlərin həllinə regiona aidiyyəti olmayan ölkələr məşğul olmağa başlayacaq". SİA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Dmitri Medvedev Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında çıxışı zamanı deyib. O, qeyd edib ki, Xəzəryanı ölkələr regional təhlükəsizlik məsələlərində müstəsna hüququ sənədləşdirməlidir: "Biz Xəzər regionunda mövcud olan vəziyyətə cavabdeh olmaq məsələsində tam vahid fikirdəyik. Yalnız biz- başqa heç kəs. Ona görə də Xəzəryanı ölkələrin regional təhlükəsizlik məsələlərində müstəsna hüququnu sənədləşdirəcəyik".
D. Medvedev bildirib ki, Xəzəryanı ölkələr yeni sənədlər qəbul etməlidirlər: "Hesab edirəm ki, artıq müxtəlif sferalarda əldə olunan nailiyyətlərimiz, o cümlədən regional təhlükəsizliyin təmin olunmasında daha səmərəli əməkdaşlıq üçün yeni formatlar yaratmağa imkan verir. Bunun hüquqi əsasını biz bu gün qoyacağıq - bu gün Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanacaq".
Rusiya prezidenti bu sənədin imzalanacağı təqdirdə Xəzərdə yeni təhlükələrin qarşısını almaq üçün geniş imkanların yaranacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB