Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının prezidenti: “Son illərdə Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində müəyyən nailiyyətlər əldə olunub”
"Azərbaycana yeni gəlmişəm və ona görə öz gözlərimlə vəziyyəti elə də təhlil etmək imkanım olmayıb. Bugünlərdə bunları müşahidə edib Azərbaycandakı vəziyyət haqqında daha aydın təsəvvürə malik olacam". SİA-nın xəbərinə görə, bu sözlərin jurnalistlərə açıqlamasında Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının prezidenti Mişel Patterson deyib. O bildirib ki, son illər ərzində Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində müəyyən nailiyyətlər əldə olunub. Bütün ölkələrdə əmək təhlükəsizliyinin təmin olunması üçün 3 amilin vacibliyini qeyd edən M.Patterson vurğulayıb ki, buraya əmək müfəttişliyin çox mütəşəkkil işləməsi, işçilərin bu fəaliyyətlərə qatılması və qanunvericiliyin daha ciddi şəkildə həyata keçirilməsinə nəzarət daxildir.
"Belə konfransların keçirilməsi həm Azərbaycan, həm də dünya ölkələri üçün vacibdir. Burada əsas məqsəd ən yaxşı nailiyyətləri birlikdə təhlil etmək, eyni zamanda, Azərbaycanda olan nailiyyətləri digər ölkələrə çatdırmaq, fikir mübadiləsi aparmaq və bundan bəhrələnməkdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB