Mişel Patterson: “Dünyada ən çox qəzalar, ölüm halları tikinti, mədən sənayesi və nəqliyyat sahəsində baş verir”

Mişel Patterson: “Dünyada ən çox qəzalar, ölüm halları tikinti, mədən sənayesi və nəqliyyat sahəsində baş verir”
Son illər ərzində iş yerlərinin təhlükəsizliyi və sağlamlığı cəhətdən dünyada vəziyyət kifayət qədər yaxşılaşıb və bu sahədə irəliləyiş müşahidə olunur. SİA-nın xəbərinə görə, bu barədə Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının prezidenti Mişel Patterson məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Əmək Müfəttişlikləri Alyansı hər zaman çalışır ki, yaxşı təcrübələri yaysın, bir sıra ölkələrdə bu sahədəki irəliləyişləri daha geniş miqyasda gündəmə gətirsin: "Bu nəticələrə nail olmaq üçün çalışırıq ki, ayrı-ayrı ölkələrin əmək müfəttişlikləri ilə yaxından işləyək və onların yaxşı iş praktikalarının, təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasında əmək müfəttişliklərinə kömək edək. Dünyada ən çox qəzalar, ölüm halları tikinti, mədən sənayesi və nəqliyyatda baş verir. Hazırda konkret bir ölkənin adını çəkmək düzgün olmazdı, çünki inkişaf etmiş ölkələrdə də bu mənada bir çox hadisələr baş verir. Bundan heç kim sığortalanmayıb. Qanunvericilik, qanunun icrası, təminatı və əmək müfəttişliklərinin mütəşəkkil iş apardığı ölkələrdə xəsərət və işdə ölüm halları daha az müşahidə olunur".

M.Patterson vurğulayıb ki. insanların məruzqala bilmə ehtimalını miqyas və ya kəmiyyət etibarı ilə götürsək, tikinti ən təhlükəlidir. Onun fikrincə, ancaq bununla yanaşı mədən sənayesi və nəqliyyatda iş zamanı da insanlar bir çox xəsarətlərə məruz qalırlar: "Bu sektorda idarəçiliyi inkişaf etdirmək lazımdır. Tikinti sahəsi iqtisadi templərlə ayaqlaşmalıdır. Tikintinin vaxtı-vaxtında təhvil verilməsi, obyektin tikilib hazırlanması prosesləri sürətlə baş verir. Ona görə də tikintidə nəzarət, müfəttişlik xüsusilə ciddi aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə