Gələn həftə, 23-26 noyabr tarixlərində Bakıda Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan BakuTel-2010 Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi "Beynəlxalq İKT Həftəsi" şüarı altında keçiriləcək. Bir sıra tədbirləri əhatə edəcək sərgi Iteca Caspian LLC və tərəfdaşı ITE Group PLC şirkətləri tərəfindən təşkil olunacaq. Tədbir həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), BMT-nin İKT və İnkişaf üzrə Qlobal Alyansı (GAID), eləcə də Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
Budəfəki sərginin baş sponsoru qismində Huawei Technologies şirkəti çıxış edir. İlk dəfə olaraq, BakuTel sərgisi yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində təşkil olunacaq. Bu il sərgi dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Ənənəvi olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi BakuTel çərçivəsində layihələr üzrə tərəfdaş şirkətlərlə birgə Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM), Regional İnnovasiya Zonasının yaradılması və digər irimiqyaslı layihələr üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcək.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda Ekologiya İli ilə əlaqədar, budəfəki sərginin xüsusi mövzusu "İKT və qlobal iqlim dəyişikliyi" olacağı nəzərdə tutulub. 24 noyabr tarixində BakuTel 2010 çərçivəsində keçiriləcək İKT konfransının da bu mövzuya həsr olunacağı planlaşdırılır. RİTN-in təşkilatçılığı ilə keçirilən konfrans hər il sərginin işini müşayiət edir. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək təcrübələri ilə bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar.
BakuTel-dən əlavə gələn həftə, noyabr ayının 23-də Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 43-ü iclası keçiriləcək. Tədbirdə rabitə və informasiya texnologiyaları sahəsinin aktual xarakter daşıyan regional və qlobal məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB