MDB Hökumət Başçıları Şurasının Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi bəlli olub

MDB Hökumət Başçıları Şurasının Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi bəlli olub

Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının sabah Sankt-Peterburqda keçiriləcək iclasının gündəliyi bəlli olub. MDB İcra Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hökumət başçıları 20-dən artıq sənəd layihəsi müzakirə edəcəklər. Belə ki, həmin sənədlər birliyin iqtisadi və humanitar sahələrdə, həmçinin təhlükəsizliyin təmin olunması sahəsində əlaqələrin inkişafı və dərinləşməsinə yönəlib.

 

MDB hökumət başçıları MDB-nin 20 illiyinə həsr olunmuş dövlətlərarası sərginin təşkil olunması və MDB ölkələrinin daima fəaliyyət göstərən sərgilərinin yaradılması məsələlərini də müzakirə edəcəklər.

 

Eyni zamanda müzakirə olunan sənədlər arasında azad ticarət zonasının yaradılması və fəaliyyəti, birlik ölkələrində ərzaq təhlükəsizliyinin artırılması, enerji resurslarının istehsalı və istehlakı ilə bağlı sənəd layihələri var.

Bütün xəbərlər Facebook səhifəmizdə