Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan Ermənistan vətəndaşına ailəsinin məktubunu verib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ilə noyabr ayının 12-də görüşüblər. Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova SİA-ya verdiyi açıqlamasında bildirib ki, qurumun nümayəndələri Azərbaycanda saxlanılan erməni mülki şəxsə Artur Badalyana baş çəkib, onun saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar. BQXK nümayəndələri, həmçinin ailəsinin məktubunu saxlanılan şəxsə çatdırıb. Ermənistan vətəndaşı da ailəsinə məktub göndərib.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan Artur Badalyan 2009-cu ilin may ayının 9-da təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə təslim olub.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri digər əsrlikdə olan bir ailənin üzvləri Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlara isə ayın 5-də baş çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB