Nursultan Nazarbayev Azərbaycandadır

Nursultan Nazarbayev Azərbaycandadır

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlib.

SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidentini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə