İsveçin xarici işlәr naziri Karl Bildt Avropa Birliyinin dövr sәdri Hәdman Van Rompuyun birliyin genişlәndirilmәsindәn bәhs edәrkәn, sadәcә Qәrbi Balkan ölkәlәrinә diqqәt çәkmәsini tәnqid edib.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Karl Bildt bildirib ki, Rompuyun birliyin genişlәmә prosesindәn bәhs edәrkәn Türkiyәnin adını unutması, bir qәdәr qәribәdir vә bu gerçәktәn yaxşı bir vәziyyәt deyildir: "Avropa Birliyinin növbәti sәdri bir çox Avropa liderilә görüşdә yalnız Türkiyәdәn heç bir siyasi xadim vә ya lider ilә görüşmәdi vә Türkiyәni ziyarәt etmәdi. Bu vәziyyәt normal deyildir."
İsveçin xarici işlәr naziri Karl Bildt bu düşüncәlәrini öz internet saytında yazıb. İsveç radiosu da Bildin bu düşüncәlәrini internetdәki saytında çatdırıb.
Karl Biltd Türkiyә ilә digәr namizәd ölkәlәr arasında Rompuyun sәrgilәdiyi ayrı-seçkiliyә dә diqqәt çәkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB