Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-İran hökumətlərarası komissiyanın fəaliyyəti geniş müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir.

Həmçinin görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə