Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən beşi qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, ikisi əsassız olduğundan təmin edilməmiş, biri ilə bağlı mübahisə predmeti qalmadığından xitam verilmiş, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB