Noyabrın 17-də geniş tərkibdə danışıqlardan sonra Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanma mərasimi olub.
SİA-nın məlumatına görə, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB