Post-müstəqillik dövrü Azərbaycan incəsənəti və müasir mədəni proseslər

Post-müstəqillik dövrü Azərbaycan incəsənəti və müasir mədəni proseslər
Noyabrın 18-də Azad Fikir Universiteti tanınmış bəstəkar, sənətşünas, ictimai xadim Elmir Mirzəyevin təqdimatında "Postmüstəqillik dövrü Azərbaycan incəsənəti və müasir mədəni proseslər" mövzusunda interaktiv tədbir keçiriləcək. Bu barədə SİA-ya Azad Fikir Universitetindən məlumat verilib. Məlumatda bildirilib ki, tədbirdə son iyirmi il ərzində Azərbaycanda baş verən mühüm mədəni hadisələr, ölkədə müasir milli mədəniyyətin yaranması problemləri, ədəbiyyat, musiqi, kino və teatr sahəsində gedən proseslər barədə söhbət açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə