“Arxeoloqlar. Kurqan və nekropollarda tarixin xəzinələri” adlı kitabın təqdimat mərasimi keçiriləcək
Noyabrın 20-də Kitab Klubunda "Arxeoloqlar. Kurqan və nekropollarda tarixin xəzinələri" adlı kitabın təqdimat mərasimi keçiriləcək. Kitab Klubundan SİA-ya verilən xəbərə görə, kitabın müəllifi AMEA Tarix İnstitutunun dissertantı, tarixçi-etnoqraf Akif Məmmədlidir. Kitabın hazırlanmasında məqsəd Balakən-Zaqatala bölgəsində son dövrdə aparılan arxeoloji qazıntıların nəticələri, əldə olunan materialların bölgə tarixi, eləcə də Azərbaycan tarixi üçün əhəmiyyəti barədə məlumat vermək; müəllifin bölgənin tarixinə, etnoqrafiyasına və tarixi abidələrinə həsr olunmuş kitabları barədə məlumat vermək, qərb və şimal qonşularımızın zaman-zaman bu bölgəyə olan iddialarına tarixi abidələrin və əldə olunan arxeoloji materialların dili ilə cavab verməkdir.
Tədbirdə müəllif, Balakəndə yaratdığı şəxsi muzey, "sirri açılmayan abidə" haqqında danışacaq, eramızın əvvəllərində "Xəncəritən Qobu"da çox yüksək inkişafda olan şəhərdə həyatın birdən-birə dayanmasının səbəblərini açıqlayacaq. Bundan əlavə, təqdimatda müəllifin "Şimal-Qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası" adlı əsəri barədə də məlumat veriləcək, Katexdə tapılan piktoqramlar və mikrolitlərdən bəhs ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB