Banqkokdakı bir Budist məbədində 348 insan dölü tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tayland polisi döllərin plastik torbalar içində paketlənmiş vəziyyətdə məbədin meyitxanasında tapıldığını bildirib.
Polis ana bətnindəcə məhv edilmiş uşaq cəsədlərinin qeyri-qanuni abort edilən klinikalardan gətirilmiş ola biləcəyini və hadisənin araşdırıldığını deyib.
Doğumun ana sağlamlığı üçün təhlükəli ola biləcəyi və ya hamiləliyin təcavüz nəticəsndə olması kimi vəziyyətlərdən başqa, Taylandda abort qeyri-qanuni sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB