AŞPA-nın iclasında Azərbaycanda keçirilmiş parlament seçkiləri müzakirə edilib

AŞPA-nın iclasında Azərbaycanda keçirilmiş parlament seçkiləri müzakirə edilib

Türkiyədə Avropa Şurası Parlament Assambleyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərlə bağlı məsələlər müzakirə edilib.

Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri, bir sıra dövlətlərin parlament üzvləri Azərbaycanda keçirilən seçkilərlə bağlı rəylərini bildiriblər. Qeyd olunub ki, noyabrın 7-də baş tutan seçkilər şəffaf və demokratikdir. Səslərin hesablanması şəffaf şəkildə həyata keçirilmiş, seçki məntəqələrinə giriş azad olub. Seçicilərin barmaqlarının mürəkkəblənməsi düzgün şəkildə təşkil olunub.

Seçkilərin təşkil edilməsində Mərkəzi Seçki Komissiyasının xüsusi rolu olduğunu bildirən qurumun sədri Mövlud Çavuşoğlu isə əlavə edib ki, müşahidəçilərin qənaətinə görə, seçkiyə hazırlıq, Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq seçki standartlarına və demokratik seçkilər sahəsində beynəlxalq öhdəliklərə tam uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə