Dünən Bakıdakı dumanlı hava şəraiti ilə əlaqədar bir sıra aviareyslər təxirə salınıb
Dünən dumanlı hava şəraiti nəticəsində bir sıra aviareyslər təxirə salınıb. SİA-nın məlumatına görə, Bakı-Dubay, Bakı-Aktau və Bakı-Moskva marşrutları üzrə aviareyslər uçuş üçün əlverişli hava şəraiti olmadığından təxirə salınıb. Eyni zamanda hava limanı Moskva, Aktau, İstanbul, Dubay istiqamətindən hərəkət edən təyyarələri də qəbul edə bilməyib. Hazırda təxirə salınmış aviareyslər üzrə uçuşlar qrafikə uyğun hərəkət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB