Qazaxıstan Prezidenti Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində iştirak edəcək

Qazaxıstan Prezidenti Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində iştirak edəcək

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək. SİA-nın "QazTAQ"a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsgər Əbdrəhmanov deyib.

Onun sözlərinə görə, sammit zamanı Xəzərin hüquqi statusu, eləcə də sahilyanı dövlətlərin əməkdaşlığının digər aktual aspektləri, o cümlədən dənizdə təhlükəsizliyin təmini ilə əlaqədar fikir mübadiləsi aparılması planlaşdırılır.

Qeyd edək ki, noyabrın 18-də Bakıda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan prezidentlərinin iştirak edəcəyi Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə