"Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkəsini böhrandan çıxara bilməyəcək. Hətta o, Ermənistanı daha da bataqlığa sürükləyəcək. Ona görə ki, Paşinyan siyasətlə məşğul olmaq əvəzinə təlxəklik edir. Əslində, hər kəs çox gözəl bilir ki, Paşinyan hansı xarici dairələrin dəstəyi ilə baş nazir seçilib". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan ağıllı siyasətçi olsaydı, bu illər ərzində Ermənistanın böhran vəziyyətinə düşməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həll yollarını axtarar, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunması yolunda addımlar atardı: "Bununla Ermənistan blokada vəziyyətindən çıxmaq imkanı əldə edərdi. Ancaq Paşinyan nə etdi? O, tam əksinə, münaqişəni daha da alovlandırmağa çalışır. Halbuki Paşinyan müxalifətdə olanda dəfələrlə Serj Sarkisyanı günahlandıraraq bildirirdi ki, Ermənistan ordusu Azərbaycan ordusundan qat-qat zəifdi. O, Azərbaycanın inkişaf etdiyini, Ermənistanın isə böhrana sürükləndiyini etiraf edirdi. İndi bu Paşinyan özünə kreslo tapan kimi qürrələnməyə başlayıb. Əlbəttə ki, bu adam özü qərar verməyə qadir deyil. O, kimlərin dəstəyi ilə hakimiyyətə gəlibsə, onların sifarişləri ilə də bəyanatlar səsləndirəcək, çıxışlar edəcək. Ermənistanda Paşinyan kimi zəif bir siyasətçinin baş nazir olması Azərbaycanın xeyrinə işləyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB