Dünya müsəlmanları illik Həcc ziyarətində iştirak etmək üçün Səudiyyə Ərəbistanına toplaşıb. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, ziyarətin zirvə nöqtəsi olan Ərafat dağı mərasimində 3 milyona yaxın insan iştirak edir.
Məhəmməd peyğəmbərin 14 əsr bundan əvvəl tarixə Hiccət əl-Vida adı ilə daxil olmuş vida xütbəsini etdiyi Məkkə şəhərinə zəvvarlar dünəndən yığışmağa başlayıb.
Sabah zəvvarlar Mina divarına daş atmaqla şeytanı daşlayaclar. Zəvvarlar Ərafat dağına yürüşü piyada, ictimai nəqliyyat və özəl avtomobillərlə edir. Bu il ilk dəfə olaraq Çinin istehsal etdiyi qatar işə salınıb. Ziyarətin Əl-Qaidə qrupu tərəfindən təcavüzə məruz qalacağına dair qorxular mövcuddur. Lakin dünən Ərəbistan yarımadasındakı qrup ziyarətçilərin hədəf alınmadığını bildirib. Məkkə ziyarəti qurbanlar kəsilməklə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB