Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına etiraz bəyanatının göndərilməsini təklif edib. SİA-nın xəbərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinin müzakirəsi zamanı F.Mustafa qərarı tənqid edib.
O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: “Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunmalıdır və paylanılmalıdır”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə