XİN rəhbəri: "Rəsmi Moskva başqa ölkələrin daxili işlərinə qarışmır"

XİN rəhbəri: "Rəsmi Moskva başqa ölkələrin daxili işlərinə qarışmır"

"Rusiya başqa ölkələrin daxili işlərinə qarışmır". SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russian Business Guide – Italian-Russian Chamber of Commerce" jurnalına müsahibəsində deyib.

“Avropa İttifaqı Rusiyanın önəmli qonşusu və iqtisadi-ticari tərəfdaşıdır. Əlbəttə, biz Avropa inteqrasiyasının gələcəyi barədə Avropa İttifaqı və ona üzv dövlətlərdəki müzakirələri izləyirik. Bununla belə, biz digər dövlətlərin daxili işlərinə heç vaxt qarışmamışıq və qarışmağa hazırlaşmırıq” – deyə, Lavrov bildirib.

Nazir onu da vurğulayıb ki, bəzi tərəfdaşlarından fərqli olaraq, Moskva Avropa layihəsinin taleyi üçün əhəmiyyət kəsb edən referendum və seçki kampaniyalarının nəticələrinə münasibətdə üstünlük sərgilədiyini heç vaxt ifadə etməyib: "Avropa ölkələri ilə əməkdaşlıq edirik və Avropalıların özlərinin səs verəcəkləri liderlərlə də bu əməkdaşlığı davam etdirməyə hazırırq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə