Dmitri Medvedev noyabrın 18-də Bakıya gələcək

Dmitri Medvedev noyabrın 18-də Bakıya gələcək

Rusiya prezidenti Dmitri Medvedev noyabrın 18-də Bakıya səfər edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinin məqsədi Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı Sammitində iştirak etməsidir.

Qeyd edək ki, zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq. Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə