Ombudsman Azərbaycan Diabet Liqasının təşəkkürnaməsi ilə təltif olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 14 noyabr-Ümumdünya Diabet günü ərəfəsində ölkəmizdə diabetlə xəstə olan vətəndaşlarımızın hüquqlarının müdafiəsi və təmini, onlara göstərilən xüsusi qayğıya görə Azərbaycan Diabet Liqası İctimai Birliyinin (ADL İB) Təşəkkürnaməsi ilə təltif edilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, o, bu ictimai mükafata sağlamlıq imkanları məhdud insanların, o cümlədən şəkərli diabetdən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxladığı, bu məqsədlə müvafiq dövlət qurumları qarşısında təkliflərlə çıxış etdiyinə və bir çox hallarda bu təkliflərin nəzərə alınmasına, eyni zamanda əhalinin sağlamlıq hüquqlarının müdafiəsi sahəsində QHT-lərlə səmərəli əməkdaşlığına görə layiq görülüb.
Respublika Endokrinoloji Mərkəzi (REM) və ADL İB-in müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələrinin iştirakı ilə Ümumdünya Diabet Gününə və adı çəkilən İctimai Birliyin yaranmasının 10 illiyinə həsr olunmuş təqdimat mərasimində birliyin rəhbəri, REM-in endokrinoloqu Yeganə Sultanova insan hüquqları üzrə müvəkkilin təşəkkürnaməsini tədbirdə iştirak edən ombudsmanın əlillərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudova təqdim edib.
Tədbirdə qeyd olunub ki, diabet ailələr, dövlətlər və bütünlükdə dünya üçün ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Hazırda dünyada təxminən 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə 1991-ci ildən başlayaraq, hər il 14 noyabr-Ümumdünya Diabet Gününün bu xəstəlik haqqında əsas məlumatlandırma kampaniyası kimi qlobal şəkildə dünyanın hər yerində, o cümlədən Azərbaycanda da qeyd olunduğu vurğulanıb. Tədbirdə şəkərli diabetlə bağlı statistik göstəricilər, problemlər və onların həlli üçün görülən və nəzərdə tutulan işlər barədə iştirakçılara məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB