Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının dördüncü iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclas noyabrın 24-də başlayacaq. Polşa Baş nazirinin müavini, hökumətlərarası komissiyanın bu ölkə tərəfindən sədri Valdemar Pavlakın rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana gələcək.
İclasda Azərbaycan ilə Polşa arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələlər, o cümlədən "Sarmatiya" layihəsinin həyata keçirilməsi müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB