Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Noyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən beşində tələb aydın olmadığından, üçü isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, biri aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilmiş, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə