Rәcәb Tayyıb Әrdoğan Banqladeşә səfər edib

Rәcәb Tayyıb Әrdoğan Banqladeşә səfər edib

Baş nazir Rәcәb Tayyıb Әrdoğan Cәnubi Koreaya etdiyi sәfәrini yekunlaşdıraraq Banqladeşә gedib. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Türkiyәnin Baş nazir Rәcәb Tayyıb Әrdoğan, Türkiyәdәn Banqladeşә baş nazir səviyyәsindәki ilk rәsmi sәfәrdә Banqladeş xarici işlәr vә maliyә nazirlәrini qəbul edib.

Banladeşә sәfәri çәrçivәsindә bu ölkәdәki soydaşları ilә bir araya gәlәn Baş nazir Rәcәb Tayyıb Әrdoğan, bugün hәmkarı Şeyx Hasina vә dövlәt başçısı Zillur Rәhman ilә görüş keçirәcәk.

Ticarәt vә sәnaye palataları federasiyasının verәcәyi qonaqlıqda işadamlarına xitabәn çıxış edәcәk olan Әrdoğan, Beynәlxalq Ümid Türk Mәktәbini ziyarәt etdikdәn sonra axşam Türkiyәyә qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə