Dünyanın iki böyük kino sənayesi olan Hollivud ilə Bollivud filmlərin ortaq istehsalı və satışını nəzərdə tutan bir razılaşma imzalayıb. SİA-nın məlumatına görə, Los-Anceles Bələdiyyəsinin başçısı Antonio Villaraiqosa "Paramount Pictuers" studiyalarındakı imza mərasimində çıxışı zamanı, "Razılaşma şəhərimizə yeni beynəlxalq film istehsalçılarını cəlb edəcəkdir" deyib.
Hindli prodüser Bobby Bedi də mərasimdə razılaşmanın imzalanmasından razılığını dilə gətirib və bu əməkdaşlığın Hollivudla Bollivudun nəhəng iqtisadiyyatı ilə iki ölkənin mədəni və iqtisadi mənfəətlərinə xidmət etdiyini qeyd edib.
Bobby Bedi, "Hollivud həmişə Hindistanı ovsunlayıb. Bu razılaşma yerli və beynəlxalq kino bazarında ticari tətbiqlər mövzusundakı təcrübələrimizi paylaşma imkanı yaratmaqla bizləri daha da yaxınlaşdıracaq" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB