Piratlar Çinə məxsus yük gəmisini qaçırıblar

Piratlar Çinə məxsus yük gəmisini qaçırıblar
Dəniz quldurları Ərəb dənizində Çinə məxsus 29 nəfər şəxsi heyəti olan yük gəmisini qaçırıblar. SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, Ədən körfəzində ələ keçirilmiş gəmini quldurlar Somaliyə doğru aparıblar. Ölkə rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Gəmi və şəxsi heyətin taleyi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Piratlar Çin hökümətinə hər hansı tələb irəli sürməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə