Səudiyyə Ərəbistanıda "Facebook" sosial şəbəkəsindən istifadənin qarşısı alınıb. SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Rabitə və İnformasiya Texnologiyası Komissiyasından bir səlahiyyətli ölkənin mühafizəkar dəyərlərinə uyğun gəlmədiyi üçün sayta girişin bağlandığını açıqlayıb.
Səlahiyyətli, ölkənin əxlaqi dəyərlərini aşan sayta qoyulan qadağanın müvəqqəti olduğunu söyləyib.
Pakistan və Banqladeş də bu il "Facebook"dan istifadəni müvəqqəti qadağan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB