Barak Obama Prezident İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib

Barak Obama Prezident İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin Sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur. Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər".

Barak Obama Prezident İlham Əliyevə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyib

Bütün xəbərlər Facebook səhifəmizdə