Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısı Asif Əli Zərdariyə başsağlığı verib. SİA-nın məlumatına görə, dövlət başçısı pakistanlı həmkarına ünvanladığı məktubunda çoxsaylı insan tələfatına səbəb olumuş terror aktları xəbərindən kədərləndiyini ifadə edib:

"Hörmətli cənab prezident, ölkənizdə törədilmiş amansız terror aktları və bunların nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizdə hədsiz kədər hissi doğurdu.

Bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə