Azərbaycan Prezident Azərbaycanın İraq, Braziliya, Vyetnam və CAR-da səfirliklərinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezident Azərbaycanın İraq, Braziliya, Vyetnam və CAR-da səfirliklərinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın İraq Respublikası (Bağdad şəhərində), Braziliya Federativ Respublikası (Brazilia şəhərində), Vyetnam Sosialist Respublikası (Hanoy şəhərində) və Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) səfirliklərinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, səfirliklərin fəaliyyətlərinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

 

Xarici İşlər Nazirliyinə isə səfirliklərin strukturunu və ştat cədvəlini təsdiqləmək həvalə olunub.

 

Qeyd edək ki, Azərbaycanın qeyd olunan ölkələrdə səfirliklərinin təsis edilməsi haqqında qanun Milli Məclisin 22 oktyabr 2010-cu il tarixli iclasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə