Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında Fələstində baş verən son hadisələr müzakirə olunub.
Bildirilib ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB