FHN teleqüllə ətrafında sursatların təmizlənməsi əməliyyatı barədə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Səbail rayonu ərazisində, teleqüllə ətrafında sursatların təmizlənməsi əməliyyatı barədə məlumat yayıb. SİA-nın nazirliyin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, noyabrın 12-də davam etdirilmiş əməliyyatlar nəticəsində FHN-in və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən daha 470 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə mərmi aşkar edilib. Aşkarlanmış mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə gətirilib.
Hazırda sursatların aşkarlandığı ərazidə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən axtarış işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB