Qurban bayramı ilə əlaqədar yeni poçt şöbələri istifadəyə veriləcək

Qurban bayramı ilə əlaqədar yeni poçt şöbələri istifadəyə veriləcək
Azərpoçt MMC Qurban bayramı münasibətilə Ağcabədidə Qiyamadınlı və Hindarx, Biləsuvarda Ağalıkənd, Ağstafada Xətai kəndlərində yerləşən poçt şöbələrinin, həmçinin Şəmkirdə 5 saylı şəhər poçt şöbəsinin yeni binalarını istifadəyə verəcək. Bu barədə SİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat ximətindən məlumat verilib. Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.

Bundan əlavə bayramla əlaqədar olaraq nazirliyinin digər müəssisəsi olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Neapol-2 yaşayış sahəsində 3100 nömrə, Badamdar qəsəbəsində elektron ATS-in tutumu 1872 nömrə artırılmaqla istifadəyə verilib. Eyni zamanda yüksək sürətli internet xidmətlərinin göstərilməsi üçün ADSL portları Şağan ATS-də 144, Qaraçuxur ATS-də 192, ATS-432/434 704, ATS-410, Badamdar, Zabrat, Hövsan ATS-lərinin hər birində isə 96 ədəd artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə