Putin və Makron arasında telefon danışığı olub

Putin və Makron arasında telefon danışığı olub

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Vladimir Putin fransalı həmkarına mayın 12-də Parisdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Telefon danışığında Makronun Rusiyaya səfəri və mayın 24-25-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakına hazırlıq prosesi müzakirə edilib.

Tərəflər həmçinin Suriya münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi aparıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə