Politoloq: "Amerikanın yaxın tarixində çox səhvləri olub" MÖVQE

Politoloq: "Amerikanın yaxın tarixində çox səhvləri olub" MÖVQE

“ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir, adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir: “Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı, demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və Amerika səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü.

Bu gün Qəzza bölgəsində ölənlərin sayı getdikcə artıb. Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə