İnsan hüquqları sahəsində yeni mexanizm üzrə tövsiyələrin icrası müzakirə edilib
Ötən ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatı dinlənilmiş və Şura tərəfindən ölkəmizə dair bir neçə tövsiyə bildirilib. Bu tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ötən ilin aprelində onların səmərəli icrasının təmin edilməsi məqsədilə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirələr təşkil edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, insan hüquqları sahəsində yeni mexanizm olan Universal Dövri İcmal (UDİ) prosesi davamlı bir proses olduğundan müvəkkil müntəzəm olaraq, bu tövsiyələrin icrası vəziyyətinin monitorinqini aparır. Məhz bu tövsiyələrin icrasının müzakirəsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa, Mərkəzi Asiya və Amerika bölməsinin rəhbəri Cianni Maqazzeni, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri insan hüquqları üzrə müşavirinin vəzifəsini icra edən Draqan Laloşeviç ölkəmizdə səfərdə olub, Ombudsman Aparatında Müvəkkilin təşkilatçılığı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanovun, həmçinin aidiyyatı dövlət qurumları, QHT-lərin, habelə təsisatın əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Həmin tövsiyələrin icrası prosesinin ölkəmizdə uğurla icra olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tərkib hissələrindən biri olduğunu bildirən müvəkkil MFP-nin təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT-lərin, habelə KİV-in və icmaların nümayəndələrinin iştirakı ilə ölkənin bütün şəhər və rayonlarında keçirdiyi ictimai dinləmələrdə İnsan Hüquqları Şurası, o cümlədən də Universal Dövri İcmal mexanizmi haqqında da iştirakçılara ətraflı məlumat verdiyini, müzakirə etdiyini bildirib. UDİ üzrə rəsmi hesabatda onun hazırlanmasında Ombudsmanın da iştirak etdiyi xüsusi vurğulanaraq, bütövlükdə hesabatın 11 bəndində Müvəkkilin fəaliyyətindən bəhs olunub. Ombudsman insan hüquqları üzrə tətbiq olunan yeni mexanizmlər sırasında UDİ-nin daha çox önəm kəsb etdiyini, bu prosesdə QHT-lərin də alternativ hesabatlar təqdim etdiklərini diqqətə çatdırıb. O, bu prosesin hazırlıq, iştirak və verilmiş tövsiyələrin öyrənilərək həyata keçirilməsi kimi üç mərhələdən ibarət olduğunu qeyd edib. Müvəkkil icmal prosesinin bir neçə il əvvəl başlandığını, hazırda həmin prosesin qiymətləndirilməsinin ilk mərhələsinin davam etdiyini vurğulayıb.
C.Maqazzeni çıxışında Universal Dövri İcmal anlayışının mahiyyəti, insan hüquqları sahəsində bu yeni mexanizmin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib. Qonaq insan hüquqları milli təsisatlarının statusunun, MİHT-lərin fəaliyyətinin regional baxımdan öyrənilməsinin, müsbət təcrübənin dəstəklənməsinin, resursların adekvat şəkildə təmininin, milli və beynəlxalq əməkdaşlığın, BMT-nin saziş orqanları ilə əlaqələrin təmsil etdiyi beynəlxalq qurumu maraqlandıran əsas məsələlərdən olduğunu bildirib, iştirakçıların suallarını cavablandırıb.
Aidiyyəti dövlət qurumlarının nümayəndələri öz çıxışlarında təqdim etdiyi hesabatlar üzrə tövsiyələrin icrası sahəsində görülən işlərə dair məlumat verib, həmçinin arayış şəklində Ombudsman Aparatına təqdim ediblər. Çıxış edən QHT nümayəndələri vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında dialoqun, qarşılıqlı əməkdaşlığın, insan hüquqları sahəsində maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB